Böyük döyüşə 5 gün qalır

Boks həvəskarları mayın 18-ni böyük səbirsizliklə gözləyirlər.

Sportline.az xəbər verir ki, həmin gün Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində möhtəşəm döyüş olacaq.

Söhbət təbii ki, Tayson Fyuri - Aleksandr Usik duelindən gedir.

Dünya şöhrətli boksçular 21-ci əsrin superağır çəkili ilk mütləq çempionunu müəyyənləşdirəcəklər.

Hazırda Fyuri WBC, Usik isə WBA, WBO və IBF versiyalarında kəmərin sahibidir.

Qeyd edək ki, bu qarşılaşmanın fevral ayında keçiriləcəyi gözlənilsə də Tayson Fyurinin yüngül zədəsi təxirə salınma ilə nəticələnmişdi.