Brantı iki ingilis klubu heyətinə qatmaq niyyətindədir

“Borussiya Dortmund”un yarımmüdafiəçisi Yulian Brant karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Aston Villa” və “Arsenal” 29 yaşlı oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda “Football İnsider” nəşri məlumat yayıb.

Qeyd edək ki, Y.Brant 2019-cu ildən “Dortmund”da çıxış edir.