"Brayton" baş məşqçi De Zerbinin gedişinə görə 6 milyon avro alacaq

 

İngiltərənin "Brayton" klubu baş məşqçi Roberto De Zerbinin gedişinə görə 6 milyon avro təzminat alacaq.

Sportline.az xəbər verir ki, bu barədə Championat.com saytı məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl italiyalı mütəxəssisin “Marsel”ə başçılıq edəcəyi barədə məlumat yayılmışdı.

De Zerbi Fransa klubu ilə 3 il müddətinə müqavilə imzalayıb. Bildirilir ki, “Marsel”in prezidenti Pablo Lonqoriya son 3 ildə italiyalının klubu idarə etməsini istəyirdi.

Qeyd edək ki, mayın 18-də Roberto De Zerbi və "Brayton" qarşılıqlı razılıq əsasında müqaviləyə xitam vermək qərarına gəliblər. De Zerbi 2022-ci ilin sentyabrında İngiltərə klubunu çalışdırırdı.Premyer Liqada son mövsümün yekunlarına əsasən "Brayton" 48 xal toplayaraq 11-ci yeri tutub. Komanda Avropa Liqasının 1/4 finalında isə "Roma"ya məğlub olaraq mübarizəni dayandırıb.