"Brayton" baş məşqçi postuna 31 yaşlı calışdırıcını gətirib
De Zerbi ilə yollarını ayıran "Brayton" komandasının yeni baş məşqçisi açıqlanıb.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, bu vəzifəyə 31 yaşlı almaniyalı çalışdırıcı Fabian Hürzeler təyin olunub.
Gənc mütəxəssisin son iş yeri ötən mövsüm 2-ci liqadan Bundesliqaya vəsiqə qazanan "St.Pauli" olub.
Hüzeler Premyer Liqada işləyəcək ən gənc baş məşqçi olacaq.
Qeyd edək ki, mütəxəssislə 3 illik müqavilə imzalanıb.