"Brayton" İsveç çempionatından oyunçu transfer edir
"Brayton" "Qeteborq"un malili futbolçusu Malik Yalkuye ilə maraqlanır.
Sportline.az Soccer.ru-ya istindala xəbər verir ki, İngiltərə klubu bu transfer üçün qarşı tərəfə 8 milyon avro və bonuslar təklif edib.
Mənbənin sözlərinə görə, futbolçu və komandası ilə razılıq əldə olunub.
Qeyd edək ki, 18 yaşlı futbolçu ötən mövsüm İsveç çempionatında 15 oyunda 1 qol vurub.Malik Yalkuye yarımmüdafiəçi möveyində çıxış edir.