"Brayton"un qapıçısı Avropa nəhənglərinin hədəfindədir
"Brayton"un qapıçısı Bart Verbruggen Avropa nəhənglərinin transfer radarına düşüb.
Sportline.az xəbər verir ki, "Arsenal", "Bavariya", "Çelsi", "İnter" və "Paris Sen-Jermen" niderlandlı kiperi heyətinə qatmaqda maraqlıdır.
Bu haqda jurnalist Ekrem Konur məlumat yayıb.
Qeyd edək ki, B.Verbruggen cari mövsüm meydana çıxdığı 32 matçda qapısında 37 top görüb.