Braziliya millisini kim çalışdıracaq?

Braziliya millisinin baş məşqçisi vəzifəsinə yeni namizədlər açıqlanıb. 

Sportline.az xəbər verir ki, bu barədə "L'Équipe" məlumat yayıb. Titenin gedişindən sonra boş qalan vəzifəyə Zinəddin Zidan, Maurisio Poçettino, Tomas Tuhel və Rafael Benites namizəd göstərilir.

Qeyd olunur ki, Braziliya Futbol Konfederasiyasının (CFB) rəhbərləri artıq mühüm nailiyyətləri olan əcnəbini baş məşqçi kimi görmək istəyirlər. Ən yaxşı seçim hal-hazırda işsiz olan bir mütəxəssis təyin etmək olardı.

Əvvəllər Karlo Ançelottinin adı Braziliya millisi ilə hallanırdı. Lakin məşqçi "Real" ilə 2024-cü ilə qədər olan müqavilənin sonunadək klubda qalmaq niyyətindədir. Həmçinin Pep Qvardiola da Braziliyanı çalışdırmağa namizəd göstərilirdi. Lakin o da bu təklifə müsbət yanaşmayıb.

Qeyd edək ki, Braziliya millisinin DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya uduzmasından sonra Tite baş məşqçi vəzifəsindən istefaya göndərilmişdi.