Braziliyalı futbolçu karyerasını Türkiyədə davam etdirə bilər
İvan İliçi heyətinə qatan "Zenit" klubu Vendellə yollarını ayırmağa hazırlaşır.
Sportline.az RİA Novosti nəşrinə istinadla xəbər verir ki, 26 yaşlı braziliyalı "Qalatasaray"a tranafer oluna bilər.
Oyunçunun meneceri Türkiyə klubu ilə danışıqları davam etdirir.
Vendel 2020-ci ildən "Zenit"də çıxış edir. Sankt-Peterburq klubunun heyətində 123 oyuna çıxan yarımmüdafiəçi bu görüşlərdə 19 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vendel daha əvvəl "Sportinq" Lissabon və "Fluminense" klublarında çıxış edib.