Braziliyalı futbolçu silahla qarət olunub

"Fənərbağça" və "Beşiktaş"ın sabiq oyunçusu Josef de Souza ölkəsi Braziliyada qarət olunub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, oğlu ilə avtomobildə olarkən hücuma məruz qalan Josef de Souza hadisə ilə bağlı açıqlamalar verib:

"Oğrular hətta ayağımdan başmaqları da götürdülər. Adamların tüfəngi var idi. Maşını da aldılar. Oğlum və mən var idim. Oğlumu çölə çıxarmağı bacardım. İndi yaxşıyıq" deyə 35 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, Josef hazırda karyerasını "Vasko da Qama" klubunda davam etdirir.