Braziliyalı futbolçu "Spartak"a qayıda bilər
"Spartak"ın sabiq futbolçusu Fernandonun meneceri Mateus De Fariya futbolçunun Moskva klubuna qayıtmağa etiraz etməyəcəyini bildirib.
Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, "Fernando Spartaka qayıtmaq istəyərmi?" sualına Matues belə cavab verib:
"O klubu sevir. Əgər "Spartak" onu geri qaytarmaq istəsə, bunu böyük sevgi ilə qarşılayar və təhlil edərdi" deyə oyunçunun meneceri bildirib.
Fernando 2016-2023-cü illərdə Rusiya klubunun uğurları üçün çalışıb.O, 2023-cü ildə "Əl-Cəzirə" klubuna keçib. 32 yaşlı futbolçunun BƏƏ klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.