Braziliyalı futbolçu "Zenit"dən ayrılır
Rusiyanın "Zenit" klubu braziliyalı Mario Fernandeslə yolları ayırır.
Sportline.az xəbər verir ki, o, iyulun sonunda sankt-peterburqlularla vidalaşacaq.
Bu haqda "RB Sport" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Zenit" milliləşdirilmiş braziliyalının fiziki durumundan narazı olduğu üçün bu addımı atır.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2023-cü ildən mavi formanı geyinirdi.