Braziliyalı futbolçu "Zirə"də

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi Braziliyanın C seriyasında mübarizə aparan “Londrina”nın qapıçısı Mateus Albino Karneiro ilə razılığa gəlib.

25 yaşlı qapıçı klubu ilə müqaviləsini ləğv edib, Bakıya yollanacaq. O, tibbi müayinədən keçib, “qartallar”la rəsmi sözləşmə bağlayacaq.