Braziliyalı futbolçunun yeni komandası məlum olub

Məhşur braziliyalı futbolçu Duqlas Kosta karyerasını Avstraliyada davam etdirəcək.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, "Sindey" klubu 33 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalayıb.

"Qremio" klubunun yetirməsi olan Kosta peşakar karyerasında "Bavariya", "Yuventus" və "Şaxtyor" kimi klubların formasını geyinib.

2021-ci ildə icarə ərasında "Qremioya" qayıdan Duqlas MLS komandalarından "Los Anceles Qalaksi"də də çıxış edib.

Qeyd edək ki, karyerası ərsində 541 oyuna çıxan təcrübəli futbolçu bu görüşlərdə 76 qol vurub, 108 asist edib.