Brazilya millisinin əsas hədəfi

Çempionlar Liqasında "Arsenal"a məğlubiyyətdən sonra “Real”ın məşqçi postu ilə bağlı müzakirələr davam edir.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, “Real”da məşqçi Karlo Ançelottinin istefaya göndəriləcəyi ilə bağlı iddialar dərc edilib.

Məlumata görə, Braziliya millisi Ançelottiyə təklif irəli sürüb. Ona “Real”da qazanacağı qədər məvacib təklif edilib.  

Tərəflərin danışıqlar apardığı barədə xəbərlər dərc edilib.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.