"Brügge"də ayrılıq yaşana bilər

"Brügge"nin belçikalı futbolçusu Maksim De Kuyper karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "Tutto Sport"a istinadən xəbər verir ki, "Arsenal" və "Vest Hem Yunayted" Kuyperlə yaxından maraqlanır.

24 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 12 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Maksim De Kuyper bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 1 qol və 6 asistlə yadda qalıb.