Brunu Fernandeş "Mançester Yunayted"in rekordçusu olub
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu İngiltərə Premyer Liqasının XVI turunda "Mançester Siti" (2:1) ilə oyunda penaltidən fərqlənməklə reallaşdırıb.
30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində 25 penaltidən 21-ni qolla tamamlayıb. O, bu göstəricidə komandanın sabiq futbolçusu Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 28 penaltidən 20-də topu qapıdan keçirməyə nail olmuşdu.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.