Bu gün "Qalatasaray"ın əfsanəvi baş məşqçisi Fatih Terimin 71 yaşı tamam olur

Bu gün Türkiyə futbolunun əfsanəvi şəxslərindən Fatih Terimin doğum günüdür.

Sportline.az xəbər verir ki, Qalatasaray klubu sosial media hesabından sabiq baş məşqçisinin 71-ci yaş gününü təbrik edib.

1996-2000, 2002-2004, 20211-2013 və 2017-2022-ci illərdə "sarı-qırmızılı" kluba rəhbərlik edən Terim 8 dəfə komanda ilə Super Liqa

çempionuğu yaşayıb.Təcrübəli çalışdırıcı 1999-2000 mövsümündə Türkiyə klubu ilə UEFA Kubokunun qalibi olub.

Qeyd edək ki, Fatih Terim son olaraq 2023/2024 mövsümündə "Panatinaikos"u çalışdırıb.