Bu gün Türkiyədə çempion müəyyənləşə bilər

Bu gün futbol azarkeşlərinin diqqəti Türkiyəyə yönələcək.

Sportline.az xəbər verir ki, Superliqanın 36-cı turunun oyunları olacaq. Bütün görüşlər saat 21:00-da başlanacaq.

Bu turda çempionun adına aydınlıq gələ bilər. Bu titul üçün “Qalatasaray”a qələbə kifayət edir. "Aslanlar" "Ankaragücü"nü məğlub etsələr, vaxtından əvvəl çempionluğu rəsmiləşdirəcəklər.

"Fənərbağça"nın çempionluğu isə "Ankaragücü" – "Qalatasaray" matçından asılıdır. Belə ki, Ankara klubu "Qalatasaray"dan xal və ya xallar alarsa, "Fənərbağça" isə "Antalyaspor"u məğlub edərsə, çempionluq növbəti turda keçiriləcək İstanbul derbisində, yəni "Qalatasaray" – "Fənərbağça" görüşündə müəyyənləşəcək.

"Qalatasaray"ın 79, "Fənərbağça"nın isə 74 xalı var.