Bu klubların qapıçıları dəyişir

"Napoli" və "Fiorentina" sabah qapıçılarını dəyişəcək.

Sportline.az insayder Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Pyerluici Qollini Neapol, Salvatore Siriqu isə Florensiya təmsilçisinə gedəcək. Hər iki oyunçu icarəyə göndəriləcək.

Qeyd edək ki, 27 yaşlı Qollini bu mövsüm 9 oyuna çıxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb. 36 yaşlı Siriqu bu mövsüm heç bir görüşdə iştirak etməyib.