"Bu kuboku ona hədiyyə etmək istəyirik"
"Liverpul"un futbolçusu Harvi Elliot komandasının Avropa Liqası ilə bağlı planlarından danışıb.
Sportline.az xəbər verir ki, gənc uduz bu yarışın qalibi olmaq və kuboku baş məşqçi Yurgen Klopa hədiyyə etmək istədiklərini bildirib.
"Bu, böyük mükafatdır. Getmək qərarına gəlmiş baş məşqçimizi bu kubokla yola salmaq yaxşı olardı. Biz futbolçular bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik", - deyə Elliot klubun rəsmi saytına müsahibəsində vurğulayıb.
Qeyd edək ki, "Liverpul" bu gün 1/4 finalın ilk matçında "Atalanta" ilə qarşılaşacaq.