Buffon karyerasını bitirmək istədiyi tarixi açıqladı

İtaliyanın "Yuventus" klubunun oyunçusu Canluici Buffonun karyerasını bitirmək istədiyi vaxt bəlli olub.

Sportline.az xəbər verir ki, 43 yaşlı qapıçı "The Guardian"a açıqlamasında 2023-cü ilin iyununadək oynamaq fikrində olduğunu bildirib.

Həmçinin təcrübəli qolkiper cari mövsümün sonunda da futbolla vidalaşa biləcəyini istisna etməyib.

Qeyd edək ki, Canluici Buffon böyük futbolda debütünü 1995-ci ildə İtaliya "Parma"sının heyətində gerçəkləşdirib. O, 2001-ci ildə "Yuventus"a transfer olub. 2018/2019 mövsümünü Fransa PSJ-sində keçirmiş italiyalı qolkiper daha sonra Turin klubuna qayıdıb. Buffon 1997 - 2018-ci illərdə İtaliya yığmasında forma geyinib.