Buffon üçün yubiley
Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Monako" - "Yuventus" matçı Canluici Buffon üçün əlamətdar olub. SportLine.az xəbər verir ki, bu oyun qapıçının qitənin ən nüfuzlu klub turnirində 100-cü matçı kimi tarixə düşüb.
C.Buffon "qoca sinyora"nın heyətində Çempionlar Liqasında 100 görüş keçirən ilk oyunçudur.
Bu göstəricidə "Real" və "Porto"da çıxış edən İker Kasilyas liderdir - 164 oyun.