Buffon yeni müqavilə imzaladı

İtaliyanın "Parma" klubu Canluici Buffonla müqavilənin müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı qolkiperin yeni anlaşması 2024-cü ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Canluici Buffon "Parma" ilə ötən yay müqavilə bağlayıb.

İtaliya millisinin sabiq üzvü "Yuventus" və PSJ-nin də şərəfini qoruyub.

Banner