Bundesliqa klubunda yeni baş məşqçi

Futbol üzrə Almaniya Bundesliqasında çıxış edən "Arminiya" komandasının yeni baş məşqçisi bəlli olub.

Sportline.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, komanda Frank Kramerə tapşırılıb.

49 yaşlı mütəxəsisin müqaviləsi 2023-cu il iyunun 30-dək qüvvədədir. Kramer bu postda ötən gün istefaya göndərilmiş Uve Noyxausu əvəzləyib.

Qeyd edək ki, Noyxaus 2018-ci ildən "Arminiya"ya başçılıq edirdi. Bilefeld təmsilçisi 22 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.