Burkino-fasolu futbolçu "Ayaks"a geri dönüb

"Vilyarreal"ın və Burkino-Faso millisinin üzvü Bertran Traore "Ayaks"a qayıdıb.

Sportline.az Soccer.ru-ya istinadla xəbər verir ki, 28 yaşlı oyunçu azad agent kimi Niderland klubunun sıralarına qoşulub.

Tərəflər arasında müqavilə 2026-cı ilin yayına qədər imzalanıb.

Traore 2024-cü ilin fevralında "Aston Villa"dan "Vilyarrel"a keçmişdi. Ötən mövsüm İspaniya klubu ilə 17 oyuna çıxan futbolçu aktivinə 1 qol, 1 məhsuldar ötürmə yazdırıb.

Qeyd edək ki, 74 dəfə Burkino-Faso milli komandasının formasını geyinən təcrübəli futbolçu bu görüşlərdə 17 qol vurub.