Millimizin sabiq üzvü klubsuz qaldı
"Şəki Siti" futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Cavid İmamverdiyev mövsümün əvvəlindən "Şəki Siti"də oynayırdı.
Milli komandanın sabiq üzvü bu mövsüm 2-ci liqada 16 qol vurub.