Ced Spens "Liverpul"un maraq dairəsindədir - Masada 40 milyon avro olacaq
"Tottenhem"in futbolçusu Ced Spens "Liverpul"un maraq dairəsindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi bu keçid üçün "mahmızlar"a 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, C.Spensin London klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.