Ceko Almaniya klubuna keçəcək
“Şalke" Edin Ceko ilə razılıq əldə edib
Sportline.az xəbər verir ki, Almaniyanın “Şalke” klubu təcrübəli hücumçu Edin Ceko ilə tam şifahi razılıq əldə edib.
İdman direktoru və baş icraçı direktor Frank Baumann, eləcə də baş məşqçi Miron Muşliçin apardığı danışıqlardan sonra 39 yaşlı forvard “Şalke"nin layihəsinə qoşulmağa razılıq verib.