Ceko Almaniya klubunu tərk edə bilər

"Şalke"də çıxış edən Edin Ceko ilə bağlı qeyri-müəyyənlik davam edir.

Sportline.az xəbər verir ki, təcrübəli hücumçunun mövsümün sonunda komandadan ayrılma ehtimalı gündəmə gəlib.

Edin Cekonun klubla müqaviləsi mövsümün sonunda başa çatır və onun yayda azad agentə çevriləcəyi bildirilir.

40 yaşına baxmayaraq, bu mövsüm 2-ci Bundesliqada diqqətçəkən performans sərgiləyən Edin Ceko 6 qola birbaşa töhfə verərək komandasına faydalı olub.