Ceko “Şalke”də

Bosniyalı hücumçu Edin Ceko Almaniyanın "Şalke" klubu ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb. 

Sportline.az xəbər verir ki, bu transfer Almaniya futbol ictimaiyyətində böyük rezonans doğurub və təcrübəli futbolçu qərarı ilə bağlı səslənən tənqidlərə münasibət bildirib.

Ceko Gelzenkirxen klubuna keçidinin arxasında tam şəkildə dayandığını vurğulayıb:

“Bir çox insan mənə dəli olduğumu dedi, amma mən bu cür düşünmürəm. Mən "Şalke" layihəsinə tam inanıram. "Volfsburq"dakı vaxtımdan Almaniyada oynamağın nə qədər möhtəşəm olduğunu çox yaxşı bilirəm”.