Cekson "Yuventus" yolunda

"Bavariya"da icarə əsasında çıxış edən Nikolas Cekson karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Bild" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" 24 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Seneqal millisinin üzvü müqavilə əsasında "Çelsi"yə məxsusdur.

Qeyd edək ki, "Bavariya" N.Ceksonu birdəfəlik transfer etmək niyyətində deyil.