Cengiz Ündər Türkiyə klubunda
Cengiz Ündər karyerasını Türkiyə Super liqasında davam etdirəcək.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “Fənərbağça” “Marsel”lə 50% razılığa gəlib.
Rusiyanın “Zenit” klubu futbolçunu transfer etmək istəsə də Cengiz Ündər təklifi qəbul etməyib.
Qeyd edək ki, “Fənərbağça” futbolçunu bu həftə İstanbula gətirməkdə israrlıdır.