Cenk Tosunun imza atdığı rekord
Cenk Tosunun "Everton"a keçidi reallaşıb.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki "Beşiktaş" və "Everton" klubları transferin detallarını razılaşdırıb. Liverpul təmsilçisi istanbullulara 25 milyon avro ödəyəcək. Bu Türkiyə futbolu tarixində ən bahalı transfer olacaq.
4,5 illik müqavilə imzalayacaq Tosunun illik məvacibi 7 milyon avro olacaq.