Cənubi Koreya Liqası ulduzları ilə "Tottenhem" arasında yoldaşlıq oyunu keçirilib
Cənubi Koreya Liqası ulduzları ilə "Tottenhem" arasında Seulda yoldaşlıq oyunu olub.
Sportline.az xəbər verir ki, 7 qolun vurulduğu görüşdə İngiltərə təmsilçisi qalib gəlib.4-3.
"Tottenhem"in qələbə qollarını Kuluşevski (29), Son Min (38,45+2) və Lankşear (67) vurub.
Cənubi Koreya All Star komandasının qolları isə İlujçenko (52,54) və Oberdandan (81) gəlib.
Qeyd edək ki, "Tottenhem" avqustun 3-də yoldaşılıq matçında "Bavariya" ilə qarşılaşacaq.