Cerard "Liverpul"a elçi düşüb
Səudiyyə Ərəbistanının "Əl-İttifaq" klubu heyəti gücləndirməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, ərəbistanlılar bu məqsədlə İngiltərəyə üz tutublar.
Baş məşqçi Stiven Cerard sabiq komandasının üzvü Cozef Qomesin xidmətində maraqlıdır.
Sky Sportsun yaydığı məlumata görə, Cerard 26 yaşlı mərkəz müdafiəçisini yay transfer dönəmində sərəncamında görmək istəyir.
Bu mövsüm 22 oyunda meydana çıxan Qomes iki məhsuldar ötürmə ilə yadda qalıb.