Ceydon Sanço kumirini açıqladı

"Çelsi"nin hücumçusu Ceydon Sanço futbolçu kimi kumirlərini açıqlayıb.

Sportline.az xəbər verir ki, 24 yaşlı vinger uşaq vaxtı Didye Droqba və Frenk Lempardın oyunundan zövq aldığını bildirib.

"Çelsi məşhur klubdur. Uşaq vaxtı bu komandanın aparıcı oyunçuları olan Didye Droqba və Frenk Lempar kumirim idi. İndi mənim də bu komandanın uğurlarında pay sahibi olmaq imkanım var. Bu, əvəzolunmaz hissdir", - deyə Sanço klubun rəsmi saytına açıqlamasında təəssüratını bölüşüb.

Qeyd edək ki, onun "Mançester Yunayted"dən transferinin 30 milyon avroya başa gəldiyi bildirilir.