Çakır "Barselona"nın oyununda

Çempionlar Liqasının 1/8 finalında avqustun 8-i keçiriləcək cavab oyunları üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, "Barselona" - "Napoli" görüşünü Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır idarə edəcək. Ona həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Halil Umut Melter yerinə yetirəcək.

"Bavariya"" - "Çelsi" matçının baş hakimi isə Rumıniya Futbol Federasiyasından Ovidiu Alin Hateqan olacaq.  Köməkçi hakimlər Oktavian Şovre, Sebastian Qeorqe, dördüncü hakim isə Sebastyan Koltesku təyin edilib.