"Çelsi" 115 milyon funt təklif etdi

"Çelsi" Moyzes Kaysedonun transferində israrlıdır.

Londonlular 21 yaşlı yarımmüdafiəçi üçün Moyzes Kaysedo üçün "Brayton"a 115 milyon funt sterlinq təklif ediblər.

Məşhur jurnalist Natan Hissinqin sözlərinə görə, danışıqların müsbət nəticələnəcəyi gözlənilir.

Qeyd edək ki, "Liverpul" da Kaysedonun xidmətində maraqlıdır.

Mersisaydlılar bu məqsədlə 110 milyon funtdan keçməyə hazır olduqlarını bildiriblər.