"Çelsi" 16 yaşlı futbolçunu transfer etmək istəyir
"Çelsi" "Qremio"nun brazilyalı futbolçusu Qabriel Meki transfer etmək niyyətindədir.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu mövsümün sonunda "Qremio"ya rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Qabrielin Brazilya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
O bu mövsüm çıxış etdiyi 10 matçda 2 qolla yadda qalıb.