"Çelsi" 3 futbolçu ilə vidalaşır
"Çelsi" qış transfer pəncərəsində heyətə əl gəzdirəcək.
Sportline.az xəbər verir ki, londonluların 3 futbolçu ilə vidalaşacağı gözlənilir.
Daily Mail nəşrinin yaydığı məlumata görə söhbət Aksel Disasi, Mark Kukurelya və Konor Qallaherdən gedir.
"Zadəganlar" bununla transfer büdcələrini zənginləşdirmək istəyirlər.
Qeyd edək ki, Disasi bu yay "Monako"dan transfer olunmuşdu.
Kukurelya da 2022-ci ildə heyətə cəlb olunmuşdu.
Bu futbolçular üçün "Çelsi" ümumilikdə 110 milyon avro xərc çəkmişdi.