"Çelsi" 37 yaşlı futbolçu ilə müqaviləni uzadıb

İngiltərənin "Çelsi" klubu futbolçusu Tiaqo Silva ilə yeni müqavilə bağlayıb.

Sportline.az "zadəganlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi 2022/2023 mövsümünün sonunadək nəzərdə tutulan sözləşməyə imza atıb.

Braziliyalı oyunçu London komandasında ötən mövsümdən forma geyinir. "Sambaçı" cari mövsüm 17 matçda 2 qol vurub.

Xatırladaq ki, Tiaqo Silva daha əvvəl Fransanın PSJ, İtaliyanın "Milan", Portuqaliyanın "Portu", Braziliyanın "Juventude" və "Fluminense" klublarında çıxış edib.