"Çelsi" Adeyemini heyətinə qatmaq istəyir
"Borussiya Dortmund"un futbolçusu Karim Adeyemi karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Fussballdaten" nəşri məlumat yayıb.
24 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 37 matçda 10 qol, 5 asistlə yadda qalıb.
Qeyd edək ki, K.Adeyeminin dəyəri 50 milyon avrodur.