"Çelsi" fanatlarına şad xəbər
"Çelsi"nin zədəli futbolçuları sıraya qayıtmaqdadırlar.
Sportline.az xəbər verir ki, Kristofer Nkunku artıq komandanın məşqlərinə qatılır.
London klubunun yaydığı məlumata görə, mövsümün əvvəlində dizindən zdələnən hücumçu tezliklə pərəstişkarlarını sevindirə bilər.
Onunla yanaşı Romea Laviyanın da zədəsini sağaltdığı bildirilir.