"Çelsi" heyətini gücləndirdi
“Çelsi” heyətinə yeni oyunçu cəlb edib.
Sportline.az klunun saytına istinadən xəbər verir ki, London təmsilçisi “Berton Albion”dan qapıçı Teddi Şerman-Lou ilə müqavilə imzalayıb. Sözləşmənin detalları açıqlanmayıb.
17 yaşlı ingilis qolkiperin növbəti mövsüm “Berton Albion”da icarə əsasında çıxış edəcəyi bildirilib.