"Çelsi" istedadı İtaliya klubuna satır

"Çelsi"nin yarımmüdafiəçisi Billi Gilmor karyerasını A Seriyasında davam etdirə bilər.

Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, şotland futbolçunun xidmətində "Napoli" maraqlıdır.

Hazırda Neapol təmsilçisi London klubuna təklif hazırlayır. Mənbə İtaliya klubunun Gilmoru sonradan transfer hüquqularına yiyələnmək şərti ilə icarəyə götürmək istədiyini vurğulayıb.

"Reyncers"in yetirməsi olan 19 yaşlı Billi 2017-ci ildən "Çelsi"nin akademiyasındadır. Ötən ildən əsas komandaya götürülən gənc yarımmüdafiəçi uzun sürən zədə üzündən bu mövsüm cəmi 1 oyunda forma geyinib. O, "Sevilya" ilə ÇL matçının (4:0) son 5 dəqiqəsində meydanda olub.