Lukaku Londona qayıda bilmir

"Çelsi"nin hücumçusu Romelu Lukakunun yanvarda Londona qayıtmaq istəyi alınmayacaq.

Sportline.az xəbər verir ki, bu, hətta baş məşqçi Maurisio Poçettinonun istəyinə rəğmən də baş tutmayacaq.

The Athletic nəşrinin yaydığı məlumata görə "Roma" klubu icarə müddəti başa çatmamış onunla yolları ayırmaq niyyətində deyil.

Hazırda hücum xəttini gücləndirmək istəyən "Çelsi"nin əsas hədəflərindən biri məhz Lukaku olsa da, "Roma" ilə bir illik icarə müqaviləsi "zadəganlar"ı başqa forvard axtarmaq məcburiyyətində qoyub.

Cari mövsümdə Lukaku meydana çıxdığı 13 oyunda 11 qol və 1 asist müəllifidir.