"Çelsi" "Milan"a rəqib oldu
"Çelsi" Dortmund "Borussiya"sının hücumçusu Pyer-Emerik Obameyanqa elçi düşüb. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "zadəganlar" qış transfer pəncərəsində futbolçunu heyətinə qatmaq niyyətindədir. London klubunun yaxın günlərdə Almaniya təmsilçisinə rəsmi təklif ünvanlayacağı gözlənilir.
Qeyd edək ki, "Milan" da 28 yaşlı hücumçunun xidmətində maraqlıdır. Mövsümün əvvəlində "Borussiya"nın istədiyi məbləği verə bilməyən "rossoneri", bu dəfə qabonlunun keçidini həll etmək istəyir.