"Çelsi" Mudriklə vidalaşır

"Çelsi" ukraynalı forvardı Mixail Mudriklə yolları ayırmağa hazırdır.

Sportline.az xəbər verir ki, londonlular 23 yaşlı cinah hücumçusu ilə bağlı təkliflərə açıqdır.

"Zadəganlar" onun əvəzinə "Kristal Pelas"dan Maykl Oliseni heyətə qatmağı planlaşdırırlar.

"Football Insider"in məlumatına görə, baş məşqçi Maurisio Poçettino ukraynalı futbolçunun çıxışından razı deyil.

Qeyd edək ki, son mövsümdə 42 oyuna çıxan Mudrik 7 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.