"Çelsi" onu geri qaytardı

"Çelsi" icarə əsasında "Flamenqo"da (Braziliya) çıxış edən futbolçusu Kenedini geri qaytarıb. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub 25 yaşlı yarımmüdafiəçisini vaxtından əvvəl komandaya qaytardığını bildirib. 

Qeyd edək ki, Kenedi ötən ilin avqust ayından "Flamenqo"da çıxdığı 18 matçda 1 qol vurub.