"Çelsi" öz meydanında "Brentford"u məğlub etdi

İngiltərə Premyer Liqasında 16-cı turun matçları davam edir.

Sportline.az xəbər verir ki, "Çelsi" öz meydanında "Brentford"la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qollar: Mark Kukurelya 43, Nikolas Cekson 80, Brayan Embumu 90

Qeyd edək ki, "Çelsi" 34 xalla 2-ci, "Brentford" isə 23 xalla 11-ci pillədə yer alıb.